"Qalatasaray"dan Falkao açıqlaması

"Qalatasaray" son günlər komandadan ayrılacağı və Qətərə transfer olunacağı deyilən Radamel Falkao ilə bağlı açıqlama verib.

Sport7.az xəbər verir ki, İstanbul klubu kolumbiyalı ulduzun komandanı tərk etməyəcəyini açıqlayıb.

"Radamel Falkao üçün klubumuza hər hansı təklif gəlməyib. Onun komandadan göndərilməsi gündəmdə deyil" deyə klubdan bildirilib.

Qeyd edek ki, Falkao bu mövsüm keçirdiyi 20 oyunda 10 qol vurub və 1 məhsuldar ötürmə edib.

Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR