Türkiyənin "Qalatasaray" klubu İkinci
Qarabağ müharibəsində şəhid olmuş Fərid Dursunovla bağlı paylaşım edib.
Sport7.az xəbər verir ki, İstanbul təmsilçisi rəsmi
tvitter hesabında bunları yazıb:
"Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə
birlikdə "Qalatasaray" bayrağıda asın" deyən və vəsiyyəti yerinə
yetirilən şəhid Fərid Dursunov ilə birlikdə bütün şəhidlərimizə Allahdan rəhmət
diləyirik. "Qalatasaray"lılıq ölməz".
Sport7.az