“Qalatasaray”dan ŞOK qərar – Bunu ilk dəfə etdilər

“Qalatasaray”dan ŞOK qərar – Bunu ilk dəfə etdilər
Çempionlar Liqasında "Portu” ilə qarşılaşmaq üçün səfərə yollanan "Qalatasaray” rəhbərliyi şok qərara imza atıb.

Sport7.azxəbər verir ki, komandanı Portuqaliyaya aparan çarter reysində klub televiziyasının əməkdaşları yer almayıb. Bu addımın qənaət məqsədi ilə atıldığı bildirilir.

"Qalatasaray” TV yarandığı gündən ilk dəfədir ki, avrokuboklardakı səfər oyununa aparılmır.

Sport7.az
 

Xəbər lenti