"Qalatasaray"ın futbolçusu İngiltərə Premyer Liqasında

"Qalatasaray"ın futbolçusu Mbaye Dianye karyerasını İngiltərədə davam etdirəcək.

Sport7.az xəbər verir ki, seneqallı hücumçu "Vest Bromviç"lə anlaşıb. Premyer Liqa təmsilçisi 30 yaşlı forvardı cari mövsümün sonunadək icarəyə götürüb. Klub yayda təcrübəli oyunçunu birdəfəlik transfer edə bilər.

Dianye bu mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 19 oyunda 11 qol vurub. Onun İstanbul klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR