"Qalatasaray"ın göndərəcəyi futbolçuları adları açıqlanıb

Türkiyə Super Liqasının bərpasından sonra 8 oyundur qələbəyə həsrət qalan "Qalatasaray” mövsümün sonunda bir neçə futbolçu ilə yolları ayıracaq.

Sport7.az xəbər verir ki, İstanbul təmsilçisi yüksək məbləğli oyunçularla vidalaşmağı planlaşdırır. Baş məşqçi Fatih Terim artıq 4 oyunçunun - yarımmüdafiəçilər Yunes Belhanda, Rayan Babel və hücumçular Radamel Falkao ilə Mbaye Dianın göndərilməsinə qərar verib.

Klub yeni mövsümdə Arda Turanla heyəti gücləndirəcək.

"Qalatasaray” sona 2 tur qalmış 52 xalla Super Liqanın 5-ci pilləsində qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR