"Qalatasaray"ın hücumçusunu Premyer Liqa klubu istəyir

"Qalatasaray"ın hücumçusu Mbaye Diane karyerasını İngiltərədə davam etdirə bilər.

Sport7.az xəbər verir ki, 30 yaşlı forvard "Vest Bromviç”in maraq dairəsinə düşüb.

Premyer Liqa təmsilçisinin baş məşqçisi Sem Ellardays Seneqal millisinin üzvünü sərəncamında görmək niyyətindədir. "Vest Bromviç” Dianı yayda birdəfəlik transfer etmək şərtilə 6 aylıq icarəyə götürmək istəyir.

Diane cari mövsüm "Qalatasaray”ın heyətində 18 oyunda 11 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR