"Qalatasaray"ın hücumçusunun meydanda ürəyi getdi - FOTO

"Qalatasaray"ın fransız hücumçusu Bafetimbi Qomişin "Kasımpaşa" ilə matçda ürəyi gedib.
 
Sport7.az xəbər verir ki, futboçunun bu halı stadionda panikaya səbəb olub. "Sarı-qırmızılar" topu künc zərbəsindən oyuna daxil etmək ərəfəsində "Kasımpaşa"nın cərimə meydançasında öncə hərəkətləri yavaşlayan və çətinliklə yeriməyə başlayan Qomiş yerə yıxılıb.
 
Futbolçunun yerdə hərəkətsiz qaldığını görən meydandakı futbolçular həkimlərin çağrılmasını istədi. Həkimlərin müdaxiləsindən sonra qısa müddətdə toparlanan və ayağa qalxan futbolçu oyuna davam edə biləcəyini söyləyərək 10 dəqiqə içində meydana daxil olub. 
 
"Vasovaqal Sinkop" (Ürəkgetmə) narahatlığı olan Qomişin transferi zamanı da belə halların yaşana biləcəyi, ancaq bunun onun oyununa əngəl yaratmadığı bildirilmişdi.
 

Xəbər lenti