"Qalatasaray"ın istədiyi gənc istedad

"Qalatasaray" transfer siyahısına gənc futbolçu əlavə olunub.
 
Sport7.az xəbər verir ki, yanvarda heyətə hücumçu cəlb etmək istəyən "Sarı-Qırmızılar", axtardığı "yeni qan"ı İtaliyada tapıb.
 
Türklər "Yuventus"un yetirməsi olan 18 yaşlı Moise Kini icarəyə götürmək istəyir. Fildişi Sahili əsilli, italiyalı hücumçunun gələcəkdə Avropa futboluna damğa vuracağı gözlənilir. 
 
Amma gənc istedad hələ ki, özünü "Yuventus"da sübut etmək üçün lazımi şansı qazanmır. Bu mövsüm sadəcə, Çempionlar Liqasında "Yanq Boyz"la matçın son 12 dəqiqəsində meydanda olan Kin, Ronaldo, Mancukiç, Dibala kimi dünya ulduzlarının kölgəsində qalıb.
 
Sport7.az

Xəbər lenti