Sport7.az xəbər verir ki, Qaxın Qorahan kəndindən olan şəhidimizin atası Fazil Dursunova Türkiyə nəhənginin prezidenti Mustafa Cengiz şəxsən telefon açıb. Klub başqanı Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Fəridlə qürur duyduğunu bildirib.
O, şəhidimizin ailəsini yaxın vaxtlarda "Qalatasaray"ın ev oyunlarından birinə dəvət edəcəyini söyləyib və qəhrəman azarkeşin adının klubun muzeyində əbədiləşdiriləcəyini vurğulayıb.
Sport7.az