"Qalatasaray"ın prezidenti yenidən xəstəxanaya yerləşdirildi

"Qalatasaray"ın prezidenti Mustafa Cengiz yenidən xəstəxanaya yerləşdirilib.
 
Sport7.az xəbər verir ki, ötən həftənin cümə günü müalicə aldığı xəstəxanada beyin əməliyyatı keçirən və genişhəcmli analizlər verən Cengizin aldığı kimyaterapeyaya orqanizmi mənfi reaksiya göstərib. Bu üzdən halı pisləşən prezident yenidən xəstəxanaya aparılıb.
 
Mədəsində problem yaranan "Qalatasaray" başqanı yenidən əməliyyat olunub. Klubun rəsmi saytında əməliyyatın hələ davam etdiyi bildirilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR