"Qalatasaray"ın sabiq prezidentinin həyat yoldaşı koronavirusa yoluxdu

Türkiyənin "Qalatasaray” klubunun sabiq prezidenti Faruk Sürenin həyat yoldaşı Hatice Süren koronavirusa yoluxub.

Sport7.az xəbər verir ki, bu barədə "A haber” məlumat yayıb.
 
Xəbərə görə, koronavirus testi müsbət çıxan Hatice Sürenin evində müalicəsinə davam edir. Onunla birlikdə Faruk Süren də testdən keçib, lakin onda virus aşkarlanmayıb.

Qeyd edək ki, daha öncə "Qalatasaray”ın koronavirusa yoluxan baş məşqçisi Fatih Terim evə buraxılıb. Ondan öncə İstanbul təmsilçisinin vitse-prezidenti Abdurrahim Albayrak, idarə heyətindən Yusuf Günay, Mahmut Recevik də virus aşkarlanıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR