"Qalatasaray"la "Fənərbaxça"nın istədiyi futbolçu Braziliya klubunda

Adı "Qalatasaray" və "Fənərbaxça" ilə hallanan "İnter"in futbolçusu Qabriel Barbosanın (Qabiqol) yeni klubu müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, "Santos"da 1 illik icarədə oynayandan sonra "İnter"ə geri dönən futbolçu yenidən Braziliyaya qayıdacaq. Müqaviləsi 2021-ci ildə başa çatacaq futbolçu bu dəfə başqa Braziliya klubunda çıxış edəcək. Braziliya mətbuatında yazılanlara görə "Flamenqo" "sambaçı"nı icarəyə götürüb. Digər tərəfdən futbolçunun "Flamenqo" forması ilə videosu yayılıb. Həmin videoda Qabilol "Formanı çoxdan geydim" sözlərini işlədib. 
 
"Flamenqo"nun futbolçunun 6 aylıq maaşını verəcəyi halda "İnter"ə heç bir məbləğ ödəməyəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR