Qalib müəyyənləşdi

Qalib müəyyənləşdi
Futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar www.finalbaku2019.com saytında xüsusi layihənin icrası davam edir.

Sport7.az xəbər verir ki, futbolda təxmininə güvənən İlqar Heybətov noyabrda ən çox xal toplayaraq rəqiblərini qabaqlamağı bacarıb. O, oğlu ilə birlikdə final oyununun Yerli Əməliyyat Komitəsinin ofisinə dəvət olunub. Topladığı 53 xalla iştirakçılar cədvəlində birinci olan qalib təşkilatçılara təşəkkür edib. Daha sonra ona və oğluna "Qarabağ” futbol klubunun imzalı forması hədiyyə olunub.

Bu yarışın qalibi UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümü ərzində keçirilən oyunlarla bağlı düzgün tapılan nəticələrə əsasən verilən xalların yekununda müəyyən olunur. Bu günədək yarışda 2 mindən çox iştirakçı qeydiyyatdan keçib. Yarışın əsas mükafat fondu 2 min manatdır. Bundan əlavə, ümumi xal hesabında ilk yeri tutan hər ayın qalibinə yığma komandanın və yerli klubların imzalı forması, UEFA Avropa Liqasının rəsmi topu, eləcə də onlarla digər maraqlı hədiyyələr təqdim olunur.

Yarışda iştirak etmək istəyənlər www.finalbaku2019.com saytında "Hesabı tap” bölməsinə daxil olub, qeydiyyatdan keçə bilərlər.
 
Sport7.az 

Xəbər lenti