Qaliblər müəyyənləşdi

Qaliblər müəyyənləşdi
Şəmkir Olimpiya İdman Kompleksində keçirilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş beynəlxalq cüdo turnirində ilk günün qalibləri məlum olub.

Sport7.az xəbər verir ki, xəbər verir ki, qaliblərə ACF, Şəmkir şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları, medallar təqdim olunub.

Turnirdə Bakı, Ağcabədi, Ağdam, Bərdə, Qəbələ, Göygöl, İsmayıllı, Mingəçevir, Naftalan, Salyan, Samux, Sumqayıt, Tovuz, Zaqatala, Şəmkir ilə yanaşı Gürcüstanın Tbilisi, Kutaisi şəhərlərinin və Türkiyə, Latviyanın yeniyetmə cüdoçuları mübarizə aparırlar. 32 komandadan 347 cüdoçunun qatıldığı çempionata sabah yekun vurulacaq.
 
Sport7.az

Xəbər lenti