"Qaliblər" qayıdır - Anons

Müxtəlif kanallarda yayımlanan "Qaliblər" verilişi yenidən ekranlara qayıdır.

Sport7.az xəbər verir ki, Rüfət Nadirlinin müəllifi və aparıcısı olduğu "Qaliblər" iyunun 4-dən etibarən "CBC sport" telekanalında yayımlanacaq. Tamaşaçılar verilişdə ölkəmizin məşhur idmançılarının keçirdikləri bir gününü - məşqlərini, gündəlik işlərini və asudə vaxtlarını necə keçirdiklərini izləmək imkanına sahib olacaqlar. Eyni zamanda, sürpriz qonaqlar, müğənnilər, tanınmış şəxslər verilişdə iştirak edəcəklər.

Beləliklə, həftənin çərşənbə günləri "Qaliblər" qonağınız olacaq.
 

 
Sport7.az

Xəbər lenti