Qaliblərin adları bilindi

Qaliblərin adları bilindi

Hövsanda yerləşən Fövqalədə Hallar Nazirliyinin İdman Kompleksində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyi davam edir.

Sport7.az xəbər verir ki, yarışın ikinci günündə altı çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib.

İslam Rəhimov (-50 kq), Vüsal Qələndərzadə (-66 kq), Hüseyn Dadaşov (-90 kq), Xumar Qasımzadə (-40 kq), Səbinə Qədirova (-52 kq) və Emilya Mirzəyeva (-70 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adına layiq görülüblər. Qalib və mükafatçılara diplom, medal və pul mükafatları təqdim olunub.
Xatırladaq ki, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışa yanvarın 17-də yekun vurulacaq.
 
Ölkə birinciliyində 74 klubdan 592 cüdoçu (505 oğlan, 87 qız) mübarizə aparır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR