"Qalatasaray" yola çıxdı

"Qalatasaray" UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri matç üçün Bakıya yola düşüb. 

Sport7.az xəbər verir ki, İstanbul təmsilçisi çarter reysi ilə Azərbaycana yollanıb. Saat 18:00-da baş məşqçi Fatih Terimin mətbuat konfransı, 18:30-da isə "Qalatasaray"ın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi nəzərdə tutulub. 

Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 21:00-da başlanacaq.
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR