Qara getmək istəsə, “Qarabağ” onu təmənnasız buraxacaq

Qara getmək istəsə, “Qarabağ” onu təmənnasız buraxacaq
"Bir azərbaycanlı kimi Rusiyada çıxış etmək qürurverici olardı”

Sport7.az xəbər verir ki, Qara Qarayevin "Qarabağ"la yeni müqavilə bağlaması azarkeşləri məyus edib. Çoxları elə düşünür ki, bu müqavilədən sonra Qara xaricə yollanmaq haqqında düşünməyəcək, karyerasının sonuna qədər "evin içi"ndə top qovmağa üstünlük verəəcək.

Qaranın özü "Futbol+" qəzetinin əməkdaşıyla söhbətində vəziyyətin heç də belə olmadığını bildirib.

İstedadlı futbolçu "Qarabağ”la Avropa arenasında uğurlaq qazanmaq istədiyini açıqlayıb: "Mənim "Qarabağ”la müqaviləmin müddəti başa çatmışdı. Futbol dili ilə desək, göydə idim. Durumu nəzərdən keçirib, klubun yeni müqavilə təklifini qəbul etdim. Bu həm qarabağlı, həm də azərbaycanlı kimi mənim üçün şərəfdi. Mən bu klubun yetirməsiyəm. İnşallah, bu komanda ilə uğurlarım çox olar. Hər oyundan, hər mövsümdən nəticə çıxarmağa çalışıram. Geridə qalan mövsümdə bir sıra axsamalarım oldu. Onları təhlil etmişəm. Daha çox çalışmalıyam ki, daha üst səviyyəyə qalxım”. 

Gənc futbolçunu sözlərinə görə, arzusu Çempionlar Liqasında oynamaqdı: "İndidən "Qarabağ” ÇL-in qrup mərhələsinə vəsiqə qazanacaq” demək doğru olmaz. Çünki reallıqları nəzərə almaq lazımdı. Bəli, bu bizim arzumuzdu. Mən də ÇL-də oynamaq istəyirəm. Avrokuboklarda uğurlu nəticə əldə etməyə çalışacağıq. Yayda yaxşı hazırlıq keçib, bütün diqqətimizi avrokuboklara yönəldəcəyik”. 

Yarımmüdafiəçi "Lokomotiv” variant haqda bunları deyib: "Mən bu məsələ ilə bağlı klub rəhbərliyi ilə danışmışam. Konkret olaraq, "Qarabağ”a mənimlə bağlı hansısa təklif gəlməyib. Klubun baş direktoru Əmrah Çəlikəllə də bu mövzu ətrafında fikir mübadiləsi apardıq. O bildirdi ki, hələ rəsmi heç nə yoxdu. Amma "Lokomotiv”in mənimlə maraqlandığı doğrudu. Hətta baş məşqçi Yuri Syomin də bu haqda danışmışdı. Yenə deyirəm, mənim üçün bir azərbaycanlı kimi Rusiyada çıxış etmək qürurverici olardı. Təklif olsaydı, gedərdim. Yeni müqaviləmdə də bənd var ki, hansısa təklif gəlsə və getməyə hazır olsam, "Qarabağ” məni təmənnasız buraxacaq. Avropanın yaxşı komandalarında oynamağa hazıram. Son illər üzərimdə çox çalışıram. Oyundan-oyuna "artırmaq” istəyirəm. Özümü Azərbaycanda son illər yetişən ən yaxşı futbolçu saymıram. Məndən də yaxşıları var. Məni izləyən, dəyər verən hər kəsə dərin təşəkkürümü bildirirəm. Çalışacam ki, bundan sonra da Azərbaycan adına hər şeyi edim”. 

Sport7.az

Xəbər lenti