Qara Qarayevdən çağırış: “Qan ver, həyat qurtar” - FOTO

Qara Qarayevdən çağırış: “Qan ver, həyat qurtar” - FOTO

"Qarabağ"ın futbolçusu Qara Qarayev Qan Bankının "Könüllü donor" aksiyasına qoşulub.

Sport7.az xəbər verir ki, bu barədə 28 yaşlı yarımmüdafiəçi özünün "Instagram" səhifəsində bildirib.

Bakıdakı xəstəxanalardan birində könüllü qan verən Azərbaycan millisinin üzvü fotosunu sosial şəbəkədə paylaşıb.

Təcrübəli oyunçu hər kəsi aksiyaya qoşulmağa çağırıb: "Son zamanlar baş qaldıran COVID-19 pandemiyası ilə əlaqədar olaraq, hər birimiz evdəyik və tətbiq olunan sosial izolyasiya tədbirlərinə bacardığımız qədər əməl edirik. Amma unutmayaq ki, "Qan Bankı”nda hazırda talassemiya xəstələri üçün qan qıtlığı yaşanır. Ona görə də hər kəsdən qanvermə aksiyasına qoşulmağı xahiş edirəm".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR