"Qara Qrizman" - FOTO

"Atletiko"nun futbolçusu Antoin Qrizmanın sosial şəbəkədə paylaşdığı fotosu gündəm yaradıb.
 
Sport7.az xəbər verir ki, fransız futbolçu "İnstaqram"da özünü qara rəngə boyayıb, basketbol forması geydiyi bir fotosunu izləyiciləri ilə paylaşıb.
 
Ancaq futbolçu bu addımına görə sərt reaksiyalara məruz qalıb. Bu üzdən şəkli silərək əvəzində yazı yazan Qrizman basketbolu komediya və şou ilə birləşdirən Harlemi çox sevdiyi üçün bu şəkildə paylaşım etdiyini söyləyib. Fransız daha sonra bir mesaj da paylaşaraq incitdiyi insanlardan üzr istəyib.
 
 

Sport7.az

Xəbər lenti