“Qarabağ” 3 futbolçu ilə yollarını ayırdı

“Qarabağ” 3 futbolçu ilə yollarını ayırdı

Topaz Premyer Liqasında mövsümü çempion kimi başa vuran "Qarabağ” 3 futbolçusu ilə yollarını ayırıb.
 
Sport7.az xəbər verir ki, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov "Neftçi” ilə keçirilən XXVIII tur oyunundan (3:2) sonra deyib.

Qurbanov artıq 3 əcnəbi oyunçu ilə sağollaşdıqlarını söyləyib. Bunlar müdafiəçi Yakub Jezniçak, hücumçular Reynaldo Silva və İnnosent Emeqaradı.

Çalışdırıcı hər üç oyunçuya yeni müqavilə təklif edilmədiyini vurğulayıb: "Emeqara ilə 1+1 sistemi ilə anlaşmışdıq. Yeni müqaviləyə gərək duymadıq. Həmçinin anlaşma müddəti başa çatan Jezniçak və Reynaldo ilə də dünən görüşərək sağollaşdıq”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR