"Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı - YENİLƏNDİ

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Sport7.az xəbər verir ki, "Qarabağ” cavab oyununa doğma meydanda çıxıb və Cənubi Kiprin APOEL klubu qəbul edib. İlk oyunda 2:1 hesablı qələbə qazanan Azərbaycan çempionuna istənilən hesablı heç-heçə və qələbə, həmçinin 0:1 hesablı məğlubiyyət də sərf edirdi. Amma hər hissədə bir qol vuran APOEL mərhələ adlayan tərəf olub. 

Beləliklə, "Qarabağ" Çempionlar Liqasını tərk edib və mübarizəni Avropa Liqasının "pley-off" mərhələsində davam etdirəcək. Rəqib bu gün keçiriləcək "Linfild” (Şimali İrlandiya) – "Sutyeska” (Monteneqro) cütünün qalibi olacaq. Bu komandaların ilk duelində "Linfild” səfərdə qələbə qazanıb – 2:1.

APOEL isə Çempionlar Liqasının "pley-off"unda "Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq. Bu kollektivlərin Yunanıstanda keçirilən ilk oyununda 2:2 hesablı heç-heçə qeydə alınıb.

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

20:30. "Qarabağ” (Azərbaycan) – APOEL (Kipr) 0:2 
Qol: Tomas De Vinsenti, 34.

(ilk oyun - 2:1)
 
Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Qeye.
Baş məşqçi: Qurban Qurbanov.
APOEL: 27. Vid Belets, 6. Savvas Gentsoğlu, 10. Tomas De Vinsenti (k), 11. Musa Süleyman, 13. Kevin Lafrans, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 30. Giorgos Merkis, 44. Nikolas Yannu, 89. Roman Bezyak, 91. Draqan Mixayloviç. 
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 8. Lukas Souza, 9. Linus Hallenius, 34. Lukas Kaloqiru, 46. Statis Aloneftis, 70. Antonio Yakoliş, 71. Andre Vidiqal.
Baş məşqçi: Tomas Doll.
Hakimlər: Daniel Sibert, Yan Seydel və Lasse Kozlovski, Martin Petersen (Almaniya).
Hakim-inspektor: Yorn Vest Larsen (Danimarka).
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Hakimlər: Daniel Sibert, Yan Seydel və Lasse Kozlovski, Martin Petersen (Almaniya)
Hakim-inspektor: Yorn Vest Larsen (Danimarka)
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR