"Qarabağ" APOEL önünə azarkeşsiz çıxacaq

"Qarabağ" komandası Kiprdə APOEL-ə qarşı keçirəcəyi UEFA Avropa Liqasının IV tur matçına azarkeşsiz çıxacaq.

Sport7.az xəbər verir ki, bu barədə "SigmaLive" məlumat yayıb. 
 
Xəbərə görə, Ağdam təmsilçisi mümkün gərginliyi nəzərə alaraq öz tərəfdarlarına bilet almamağı üstün tutub. 

Qeyd edək ki, noyabrın 7-də Nikosiyadakı "GSP Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq. Oyun 1/16 finala vəsiqə baxımından hər iki komanda üçün böyük əhəmiyyətə malik olacaq. Hazırda "Qarabağ" A qrupunda 4 xalla 2-ci, APOEL 1 xalla sonuncu pillədə qərarlaşıb.   
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR