“Qarabağ

“Qarabağ" - APOEL oyununa nə qədər bilet satılıb?

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr APOEL-i ilə Bakıda keçirəcəyi cavab oyunu üçün satılan biletlərin sayı bəlli olub.

Sport7.az xəbər verir ki, klubun mətbuat katibi Nurlan İbrahimovun "Report"a verdiyi məlumata görə, qarşılaşma üçün 15 min bilet satılıb. 

Matç üçün ən ucuz bilet 2 manatdır. Satışda 5 manat, 10 manat və VİP sektor üçün 50 manatlıq biletlər də var. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək mümkündür.

Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:30-da başlayacaq. Kiprdəki ilk qarşılaşmada "Qarabağ" qələbə qazanıb - 2:1. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR