"Qarabağ" "Arsenal"a uduzdu - YENİLƏNDİ

Bu gün Avroliqanın qrup mərhələsinin 2-ci turuna start veriləcək.

Sport7.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" İngiltərə təmsilçisi "Arsenal”ı qəbul edəcək.

Bu, "topçular”ın Azərbaycandan olan komanda ilə ilk qarşılaşması olacaq. "Qarabağ" isə bundan əvvəl bu ölkənin "Tottenhem” (0:1, 1:3) və "Çelsi” komandaları ilə qarşılaşıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinə məğlubiyyətlə başlayıb. Sentyabrda baş tutan qrup mərhələsinin ilk turunda Ağdam təmsilçisi Portuqaliyada "Sportinq”in qonağı olub və 2 cavabsız qolla yenilib. "Arsenal” isə evdə "Vorskla”nı 4:2 hesablı məğlubiyyətə uğradıb.

Hər iki komanda oyuna itkilərlə çıxacaq. "Qarabağ”da müdafiəçilər - Rəşad Sadıqovla Donald Gerye və yarımmüdafiəçilər - Dani Kintana ilə Simeon Slavçev zədəlidir. "Arsenal"da isə qapıçı Petr Çex, müdafiəçi Loran Koselni və Konstantinos Mavropanos, habelə, yarımmüdafiəçi Eynsli Meytlend-Naylz da eyni səbəbdən matçı buraxacaq.

Avropa Liqası

Qrup mərhələsi, 2-ci tur

20:55. "Qarabağ” (Azərbaycan) – "Arsenal” (İngiltərə) 0:3 
Qol: Sokratis Papastatopulos, 4 , Emil Smit-Rou, 53, Metteo Qenduzi, 80

 
"Qarabağ: 13. Vaqner Da Silva, 55. Bədavi Hüseynov, 52. Yakub Jezniçak, 25. Ansi Aqolli,  5. Maksim Medvedev, 2. Qara Qarayev , 8. Miçel,  17. Abdullah Zubir, 19. Filip Ozobiç,  11. Mahir Mədətov 7. İnnosent Emeqara

Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 9. Araz Abdullayev, 28. Con Delarj, 30. Abbas Hüseynov, 91. Coşqun Diniyev

"Arsenal”: 19. Bern Leno, 31. Sead Kolaşinaç, 4. Məhəmməd Elneni, 5. Sokratis Papastatopulos, 12. Ştefan Lixtştayner, 16. Rob Holdinq,  18. Naço Monreal, 29. Metteo Qenduzi, 55. Emil Smit-Rou, 17. Aleks İvobi,  23. Denni Uelbek

Ehtiyat oyunçular: 26. Emiliano Martines, 2. Hektor Bellerin, 9. Aleksandr Lyakazett, 10. Mesut Özil, 11. Lukas Torreyra, 20 Şkodran Mustafi, 34. Qranit Caka
 
Hakimlər: Davide Massa, Filippo Meli, Alessandro Kostantso, Daniele Doveri, Mixael Fabri, Fabiano Preti (hakimlər briqadası Fransadandır)
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)
UEFA nümayəndəsi: İstvan Huszar (Macarıstan)
Bakı Olimpiya Stadionu
 
Sport7.az

Xəbər lenti