"Qarabağ" - "Atletiko" matçına neçə bilet satılıb? - SON MƏLUMAT

"Qarabağ" - "Atletiko" matçına bilet satışı davam edir.
 
Sport7.az xəbər verir ki, Oyunun başlamasına 10 gün vaxt qalsa da artıq xeyli bilet satılıb. Bakı Olimpiya Stadionundan verilən məlumata görə artıq 25 min bilet öz sahibini tapıb.
 
Satış məntəqələri
 
"Gənclik mall” və "28 mall”
"Park Bulvar” (Qarabağ FK Fan-şop)
M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)
 
Azarkeşlər qeyd olunan satış məntəqələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim edərək birbaşa biletləri əldə edə bilərlər.
 
Onlayn bilet əldə etmək istəyən azarkeşlər isə "iticket.az" saytından vauçerləri alaraq, daha sonra satış məntəqələrində vauçerləri biletlərlə dəyişməlidi.
 
"Qarabağ” - "Atletiko” matçı oktyabrın 18-də Bakı Olimpiya Stadionunda saat 20:00-da start götürəcək.
 
Sport7.az

Xəbər lenti