“Qarabağ” Avropada II olub “Barselona”nı qabaqladı

“Qarabağ” Avropada II olub “Barselona”nı qabaqladı
Polşada 2017/18 mövsümünün ilk yarısında son matçların nəticələrinə əsasən, çempionatlarında lider olan komandaların xallarının orta göstəricisi açıqlanıb.

Sport7.az xəbər verir ki, siyahıda "Qarabağ"ın da adı yer alıb. 

Azərbaycan Premyer Liqasında turnir cədvəlinə 37 xalla başçılıq edən Ağdam klubu hesabatın nəticələrinə əsasən Avropada 2-ci olub. Hər oyuna 2,64 xal göstəricisinə malik olan təmsilçimiz siyahıda yalnız "Mançester Siti”dən (2,88) geri qalır. Üçüncü pillədə isə 2,63 xalla İspaniya nəhəngi "Barselona” qərarlaşıb.

Sport7.az

Xəbər lenti