"Qarabağ" Avstriya toplanışına start verdi - FOTOLAR

Dünən Avstriyaya yollanan "Qarabağ" bu gündən etibarən təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

Sport7.az xəbər verir ki, günün ilk məşqi yerli vaxtla saat 12:30-da start götürüb. Futbolçular fitnes zalında yüngül hərəkətlərindən sonra meydançada hazırlıqları davam etdirib. İki qrup halında məşq edən futbolçular daha çox fiziki hazırlıqla kifayətlənib. Hazırlıq təxminən 1 saat 40 dəqiqə davam edib. 

Günün ikinci məşqi yerli vaxtla 18:30-da (Bakı vaxtıyla 20:30) olacaq.
 







 
Sport7.az

Xəbər lenti