"Qarabağ" Azərbaycanda daha bir ilkə imza atır

UEFA-nın tələbinə əsasən, Tofiq Bəhramov adına Respublika stadionunda topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirən texnoloji sistem quraşdırılır.

Sport7.az xəbər verir ki, bu haqda qol.az saytına "Qarabağ” klubunun baş meneceri Asif Əsgərov məlumat verib. "Goal line” adlanan bu sistem Azərbaycan futbol tarixində ilk dəfə olaraq "Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində "Kopenhagen”lə keçirəcəyi oyunda tətbiq olunacaq.

Əsgərov bildirib ki, İngiltərə şirkətlərindən birinin apardığı bu iş yaxın günlərdə yekunlaşacaq.

Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ” – "Kopenhagen” matçı avqustun 15-də, cavab görüşü həmin ayın 23-də Danimarkada olacaq. 

Sport7.az


Xəbər lenti