"Qarabağ" Azərbaycanı irəli daşıdı

UEFA reytinqi açıqlanıb.
 
Sport7.az xəbər verir ki, Avroliqanın qrup mərhələsinin 4-cü turu çərçivəsində baş tutan 24 qarşılaşmadan sonra reytinq cədvəlində müəyyən dəyişikliklər olub.
 
Ukraynada  "Vorskla”nı  1:0 hesabı ilə məğlub edən "Qarabağ” ölkəmizin aktivinə 0,500 xal yazdırıb. Bununla da Azərbaycan bir pillə irəliləyərək 26-cı yerə yüksəlib. Ölkəmiz xalını 19.000-ə çatdıraraq İsraili geridə qoyub.
 
Siyahıya İspaniya başçılıq edir. İngiltərə 2-ci, İtaliya 3-cüdü.
 
Sport7.az

Xəbər lenti