"Qarabağ" "Barselona" ilə məzələndi - FOTO

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Barselona" "Roma"ya iki oyunun nəticəsinə (1:4, 0:3) görə məğlub olaraq yarışda mübarizəni dayndırdı.
 
Sport7.az xəbər verir ki, "Qarabağ" gözlənilmədən italyan rəqibinə uduzan katalon klubu ilə məzələnib. Belə ki, klubun rəsmi saytında matçın nəticəsi yazılan foto ilə yanaşı "Winning us was harder than winning "Barcelona". Congratulations dear friend "AS Roma" (Bizi udmaq, "Barselona"nı məğlub etməkdən daha çətin idi. Təbriklər əziz dost "Roma"!)
 
Ağdamlılar bu mesajla Çempionlar Liqasının qrup mərhələsində baş tutan "Roma" ilə oyunları xatırlayıb.
 
"Qarabağ" ÇL-in qrup mərhələsində "Atletiko", "Çelsi" və "Roma" ilə mübarizə aparıb. "Roma" ilə Bakıdakı görüşdə 1:2 hesabı ilə məğlub olan Qurban Qurbanovun komandası, səfərdə rəqibinə minimal hesabla yenilmişdi - 0:1.
 
 
 
Sport7.az

Xəbər lenti