"Qarabağ" bu gün İstanbula yollanır

Avropa Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edən "Qarabağ" bu gün İstanbula yollanacaq.

Sport7.az xəbər verir ki, komandamız günortadan sonra Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyəyə doğru hərəkət edəcək.

Sabah komanda İstanbulda məşq edəcək. Axşam isə Qurban Qurbanov jurnalistlərin qarşısına çıxacaq.

Xatırladaq ki, "Qarabağ" - "Vilyareal" qarşılaşması oktyabrın 29-da Bakı vaxtıyla 21:55-də İstanbulun "Fatih Terim adına Başakşəhər stadionu"nda keçiriləcək. Oyun Bakıda keçirilməli olsa da, UEFA-nın məlum qərarı səbəbindən neytral meydan kimi İstanbula təyin edildi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR