"Qarabağ" çempionluq kubokunu harda qaldıracaq?

"Bilirik, "Qarabağ" son turda "Qəbələ" ilə səfərdə oynayacaq. Ondan əvvəlki turda da "Keşlə" ilə yenə səfərdə qarşılaşacaq. Yəni, son iki turda "Qarabağ" səfərdə olacaq. Tam səmimi deyim ki, bununla bağlı konkret qərar verməmişik. Çempionatın yekunlaşmasına yaxın bir şey fikirləşəcəyik. İndi qərarımızı açıqlaya bilmirik. Hansı oyunda verəcəyimizi dəqiqləşdirməmişik"

Bir neçə gün öncə PFL-in sözçüsü Aslan Şahgəldiyev Sport7.az-a açıqlamasında bu sözləri işlətmişdi. Çempion olacağı təqdirdə "Qarabağ"a kuboku harda və necə təqdim ediləcəyi haqda hələ konkret qərar verilmədiyini bildirən Aslan bəy bununla bağlı düşünəcəklərini söyləmişdi. Bəs "Qarabağ" tərəfi nə düşünür? Maraqlıdı "Qarabağ" kuboku Qəbələdə yoxsa doğma meydanda başı üzərinə qaldırmağı düşünür? Məsələ ilə bağlı klubun mətbuat katibi Nurlan İbrahimovla danışdıq. Nurlan bəy saytımıza açıqlamasında bunları söylədi:

"Əvvəla, biz hələ çempionluğu harda qeyd etmək barədə düşünmürük.  Bu, PFL-in verəcəyi qərardı, bizə aid deyil. Ümumiyyətlə, bununla bağlı PFL-ə müraciət etmək fikrimiz yoxdu".

Sport7.az

Xəbər lenti