"Qarabağ" Çempionlar Liqasının "pley-off"unda!

Bu gün Çempionalr Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib..

Sport7.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" Moldova "Şerif"ini 2:0 hesabı ilə məğlub edib. 
 
Ağdam klubu ardıcıl 4-cü dəfə Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlsə də, üç mövsümdə "Zalsburq”, "Seltik” və "Viktoriya”ya yenilərək mübarizəni Avropa Liqasında davam edib.
 
"Şerif" üzərində qələbə sayəsində "Qarabağ" bu turnirin pley-offuna vəsiqəni təmin edib. Çünki növbəti raundda məğlubiyyət Avropa Liqasının, qələbə isə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə verir. 


Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
 
1 avqust
 
21:00. "Şerif” (Moldova) – "Qarabağ” (Azərbaycan) 0:2 (İKİNCİ HİSSƏ)
(Dino Ndlovu, 45, Miçel, 87)  
 
"Şerif”: 1. Zvonimir Mikuliç, 4. Petru Raku, 6. Viktor Oliveyra, 8. Ceremi De Noyer, 15. Kristiano da Silva, 20. Kirill Bayala, 30. Yosip Brezoveç, 39. Ziquy Badibanqa, 55. Mateo Suşiç, 90. Vyaçeslav Posmak, 99. Vitalie Damaşkan
Ehtiyat oyunçular: 25. Sergey Yuriç, 3. İon Yardan, 9. Stefan Muqoşa, 14. Benjamin Balima, 18. George Anton, 32. Yevgeni Oansea, 37. Vitalie Bordian
Baş məşqçi: Roberto Bordin
 
"Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 17. Donald Gerrye, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 52. Yakup Jejniçak, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov


Hakimlər: Roy Reynşreyber, Amihay Yehoşua Mozes, Dan Uçeniç, Daniel Bar Natan (hamısı İsrail)
Hakim-inspektor: Paulius Malzinskas (Litva)
UEFA nümayəndəsi: Edqars Pukinsks (Latviya)
Tiraspol. "Şerif Arena” stadionu

İlk oyun – 0:0
 


Sport7.az

Xəbər lenti