"Qarabağ" - "Düdelanj" matçının biletləri satışa çıxarılır

"Qarabağ”ın "Düdelanj"la matçının biletləri satışa çıxarılır.
 
Sport7.az xəbər verir ki, oyunu canlı izləmək istəyən azarkeşlər biletləri sabahdan etibarən ala bilərlər. Qarşılaşmanın biletləri sabah, saat 12:00-dan etibarən satışa çıxarılacaq. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10, 50 və 75 AZN-dir.

Biletlərin satış məntəqələri:

Qarabağ FK fan-şop (Park Bulvar)
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
ASAN Sumqayıt
İticket.az (onlayn)
 
Avropa Liqasının qrup mərhələsinin altıncı turunda baş tutcaq görüşün start fiti dekabrın 12-si, saat 21:55-də səsləndiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR