"Qarabağ" Əfranla yolları ayırdı

"Qarabağ" futbolçusu  Əfran İsmayılovla yollarını ayırıb.

Sport7.az xəbər verir ki, müqaviləsi bu mövsümün sonu başa çatan 29 yaşlı yarımmüdafiəçinin sözləşməsinin uzadılmamasına qərar verilib. Millimizin üzvü Ağdam klubunun bugünkü məşqinə qatılmayıb.

Qeyd edək ki, 2006-2013-cü illərdə də "Qarabağ"ın şərəfini qoruyan Ə.İsamyılov 2015-ci ildən Ağdam klubunda  çıxış edirdi.

Xaırladaq ki, "Qarabağ" bundan əvvəl braziliyalı yarımmüdafiəçi Pedro Enrike ilə də yolları ayırıb. (Qol.az)
 
Sport7.az

Xəbər lenti