“Qarabağ” Çempionlar Liqasına bir hücumçuyla gedir (FOTO)

“Qarabağ” Çempionlar Liqasına bir hücumçuyla gedir (FOTO)

"Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniya təmsilçisi "Partizani” ilə oyunlar üçün sifariş vərəqini UEFA-ya göndərib.
 
Sport7.az klubun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 22 futbolçu yer alıb.
 
Baş məşqçi Qurban Qurbanov 3 qapıçı, 7 müdafiəçi, 11 yarımmüdafiəçi və 1 hücumçu sifariş edib.
 
Qapıçılar: 12. Şahrudin Məhəmmədliyev, 13. Vaqner Silva, 94. Nicat Mehbalıyev
 
Müdafiəçilər: 3. Ailton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Məmmədov, 14. Rəşad Sadıqov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Donald Gerye
 
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 8. Miçel, 9. Xayme Romero, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 21. Hacıağa Hacılı
 
Hücumçu: 11. Mahir Emreli

Qeyd edək ki, "Qarabağ” "Partizani” ilə ilk oyununu iyulun 10-da səfərdə keçirəcək. Cavab qarşılaşması isə bir həftə sonra Bakıda olacaq.
 

 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR