"Qarabağ" erməni təxribatına cavab hazırlayıb

"Qarabağ” Avropa Liqasının qrup mərhələsinin III turunda APOEL-lə keçirəcəyi görüş üçün hazırlığa başlayıb.

Sport7.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada bayraq aksiyası təşkil ediləcək. Bunun üçün klub rəhbərliyi 30 min Azərbaycan bayrağı sifariş verib. Həmin bayraqlar oyun günü tribunalara düzüləcək.
 
"Qarabağ”ın Lüksemburqda "Düdelanj”la keçirdiyi oyunda erməni təxribatı baş verib. Sözügedən qarşılaşmada meydana qondarma rejimin bayrağı gətirilib.
 
"Qarabağ” - APOEL görüşü oktyabrın 24-də keçiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR