"Qarabağ" əvəzediciləri ilə görüş keçirdi - FOTOLAR

Bu gün "Qarabağ" klubu əvəzedici heyətilə ilə görüş keçirib. 
 
Sport7.az xəbər verir ki, klubun bazasında baş tutan görüşdə baş direktor Əmrah Çəlikəl, əsas komandanın baş məşqçisi Qurban Qurbanov və əvəzedici heyətin baş məşqçisi Aftandil Hacıyev iştirak edib.
 
Əvəzedici komanda çempionluq münasibətiylə təbrik edilib və  uğurlar arzulanıb. Sonda isə tort kəsilərək çempionluq qeyd olunub.
 



 
Sport7.az

Xəbər lenti