"Qarabağ" "Zirə"ni məğlub etdi - YENİLƏNDİ

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulub.
 
Sport7.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" səfərdə "Zirə"nin qonağı olub. Zirə Olimpiya Kompleksinin stadionunda təşkil ediləcək qarşılaşmada Ağdam klubu 3:1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, komandalar ölkə çempionatlarında indiyədək 16 dəfə qarşılaşıb. "Zirə" heç bir görüşdə qalib gələ bilmədiyi halda 12 dəfə uduzub. Qalan 4 görüşdə isə heç-heçə qeydə alınıb. "Qarabağ” son üç qarşılaşmada qol buraxmayıb. Top fərqində də Qurban Qurbanovun komandasının aşkar üstünlüyü var - 6:33.

Azərbaycan Premyer Liqası, 5-ci tur

23 sentyabr

19:00. "Zirə” – "Qarabağ” 1:3
(Maqaye Qeye, 12, Xayme Romero, 41, Anastasios Papazoqlu, 43-öz qapısına - Xulio Sezar Rodrigez, 88

"Zirə”: 28. Boyan Zoqoviç, 14. Bəxtiyar Həsənalızadə, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 10. Elvin Məmmədov, 18. Xulio Sezar Rodrigez, 48. Şafik Tiqrudja, 25. Miloş  Bakraç, 5. Anastasios Papazoqlu, 6. Alvaro Ampuero, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 88. Tellur Mütəllimov, 17. Robin Nqalande, 11. Soni Norde, 77. Cəlal Hüseynov, 
Baş məşqçi: Samir Abasov

"Qarabağ”: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 17. Abdullah Zubir, 9. Xayme Romero, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 8. Markos Madera, 6. Simeon Slavçev, 3. Ailton Silva, 21. Hacıağa Hacılı, 24. Nihad Tamazov, 71. Toral Bayramov, 29. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov

Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu
 
Turun digər qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb.
 
"Sumqayıt" - "Sabah" 1:0
(Sertan Taşkın, 34)
 
"Səbail" - "Qəbələ" 1:1
(Rövlan Muradov, 17, Mirabdulla Abbasov, 68)
 
"Neftçi" - "Keşlə" 0:0
 
N Klublar O Q H M T-F X
1 Qarabağ 4 4 0 0 10-0 12
2 Səbail 5 3 1 1 7-6 10
3 Keşlə 5 2 1 2 6-3 7
4 Zirə 4 2 1 1 4-3 7
5 Sumqayıt 5 2 0 3 5-7 6
6 Neftçi 5 1 2 2 3-5 5
7 Qəbələ 5 1 1 3 2-10 4
8 Sabah 5 0 2 3 2-5 2
 
Bombardirlər: İsmayıl İbrahimli ("Qarabağ"), Mehdi Şərifi ("Sumqayıt"), Lorenzo Frutos ("Keşlə"), Mirabdulla Abbasov ("Səbail") - 3 qol

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR