"Qarabağ" hücumçu alır, özü də əcnəbi

"Emeqaranın yenidən Azərbaycana dönüb-dönməməsindən asılı olmayaraq, "Qarabağ" qış fasiləsində yeni hücumçu alacaq". 

Sport7.az xəbər verir ki, bunu Rekord.az-a açıqlamasında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib: 

"Bu bizə çox lazımdır. Qarşıda ağır oyunlarımız olacaq. Son avrokubok qarşılaşmaları da göstərdi ki, zədələrdən qaçmaq mümkün deyil. Ona görə, heyətində səviyyəli futbolçuların olmalıdır".
 
Qurbanov yeni hücumçunun legioner olacağını da açıqladı: "Bilirsiniz ki, səviyyəli yerli hüçumçu tapmaq çətin məsələdir. Ona görə də legioner hücumçu alacağıq. Bəzən deyirlər ki, qış transfer pəncərəsində yaxşı futbolçu tapmaq çətindir, amma mən elə düşünmürəm. Sadəcə, axtarmaq və düzgün seçim etmək lazımdır. Yaxşı futbolçunu elə qışda da tapmaq olar. Hazırda bununla bağlı işlərimiz davam edir".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR