"Qarabağ" İspaniya nəhəngi ilə məzələndi - FOTO

2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməklə azərbaycanlı futbolsevərlərə böyük sevinc bəxş edən "Qarabağ” üçün bu heç də asan olmamışdı.

 

Sport7.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda "pley-off”da Danimarka təmsilçisi "Kopenhagen”i mübarizədən kənarlaşdıraraq qrup mərhələsinə vəsiqəni təmin etmişdi.

 

Düzdü ÇL-in qrupunda oynamaq üçün yetərincə təcrübəyə malik olmayan, ordakı rəqiblərdən "Çelsi” və "Roma” ilə oyunlarda məğlubiyyətlə üzləşən ağdamlılar, buna baxmayaraq İspaniya nəhəngi "Atletiko”ya nə səfərdə nə də Azərbaycanda uduzdu.

 

Nəticədə hər iki komanda Avroliqada iştirak etməli olmuşdu.

 

ÇL-in qrup mərhələsində isə 2 xalla 4-cü olan son ölkə çempionu maraqlı atmaca ilə diqqət çəkib. Ağdamlılar "pley-off”da məğlub etdiyi "Kopenhagen” və qrup mərhələsində xal qopardığı "Atletiko” ilə belə desək, məzələnib.

 

Rəsmi "feysbuk” səhifəsində Avroliqanın 1/16 final mərhələsi çərçivəsində sabah baş tutacaq "Kopenhagen” – "Atletiko” matçının afişası əks olunan fotonu paylaşan "Qarabağ” "Qarabağ"ımızı unutmayacaq iki rəqibimizə də uğurlar arzulayırıq” sözlərini də əlavə edib. Bununla yanaşı fotonun üzərində "Tarix yazdıq, rəqiblərimizi qarşılaşdırdıq” ifadəsi də yer alıb.

 


Xəbər lenti