"Qarabağ" İstanbulda sevgiylə qarşılandı

"Vilyareal”la qarşılaşmaq üçün İstanbula gedən "Qarabağ”ı qardaş ölkədə türkiyəli jurnalistlər qarşılayıblar.
 
Sport7.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İstanbul aeroportunda türkiyəli jurnalistlərlə söhbətləşib.
 
48 yaşlı mütəxəssis matçı Türkiyədə keçirəcəkləri üçün sevincli olduqlarını bildirib.
 
"Qardaş ölkəyə sevə-sevə gəldik. Başqa variantlar da təklif olunmuşdu. Amma biz Türkiyədə oynamaq istədiyimizi söylədik. Bir az israr etdik. Burada oynayacağımız üçün sevincliyik", - Qurbanov bildirib.
 
Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR