"Qarabağ" kuboku Ağdama nə vaxt aparacaq? - AÇIQLAMA

Cari mövsümdə də çempionluq kubokunu başı üzərinə qaldıran "Qarabağ"la bağlı gündəmdə olan əsas müzakirələrdən biri də sözügedən vasitə ilə Ağdama səfər etməkdi. Axı komanda Ağdamı təmsil edir və hazırda düşmən tapdağı altında olan bölgədəki azərbaycanlı azarkeşlərin də onu daha yaxından görmək haqqı var. 

Komandaın çempionluğunun rəsmiləşdiyi "Neftçi" ilə oyundan sonra da media nümayəndələri klubun vitse-prezidenti Tahir Gözələ məhz bununla bağlı sual ünvanlamışdılar. Tahir bəy də açıqlamasında Ağdama gedəcəklərini və oradakı azarkeşləri də sevindirəcəklərini söyləmişdi. Bəs kubok nə vaxt Ağdama aparılacaq? 

Bu suala cavab almaq üçün klubun meneceri Asif Əsgərovla danışdıq. Asif bəy Sport7.az-a açılqmasında bunları söylədi: "Hazırda komanda istirahətdədi. Tahir bəy də Bakıda yoxdu. Bu olsa yəqin ki, istirahətdən sonraya planlaşdırılacaq. Təxminən heç nə deyə bilmərəm.  Çünki hələ o proqramı hazırlamamışıq. Bizdə əksəriyyət millinin futbolçularıdı. Onlar da gələn həftədən etibarən millinin oyunlarına görə təlim-məşq toplanışına yığılacaqlar. Məsləhətləşib elə edəcəyik ki, komanda üçün də uyğun vaxt olsun. Qərarla bağlı məlumat veriləcək".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR