"Qarabağ" - "Makkabi" matçının təyinatları açıqlandı

Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Makkabi” (Təl-Əviv) – "Qarabağ” oyununun hakimləri müəyyənləşib.

Sport7.az xəbər verir ki, UEFA İsraildəki qarşılaşmanı Şotlandiyadan olan referilərə tapşırıb. Baş hakim Con Biton olacaq. Ona Frensis Konnor və Daniel Makfarlan köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Euan Anderson yerinə yetirəcək.

Hakim-inspektor serbiyalı Milan Karadziç, matçın UEFA nümayəndəsi isə İvan Tsitoviç (Rusiya) olacaq.

Oktyabrın 22-də Təl-Əvivdəki "Blumfild” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 23:00-da start götürəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR