"Qarabağ" milli üzvünü transfer edir?

Bosniya və Herseqovina millisinin üzvü Amar Rəhmanoviç "Qarabağ”a transfer oluna bilər.

Sport7.az xəbər verir ki, bu barədə faktor.ba saytı məlumat yayıb. 

Məlumata görə, Bosniya və Herseqovinanın "Sarayevo” klubunda çıxış edən yarımmüdafiəçi İspaniyadan olan futbol agentliyinin vasitəsi ilə Ağdam təmsilçisi ilə müqavilə imzalamağa hazırlaşır.

Qeyd edək ki, "Sarayevo” ilə müqaviləsi 2021-ci ilin iyununa qədər olan futbolçu əvvəllər Bosniya və Herseqovinanın "Sloboda", "Olimpik", Serbiyanın "Novi Pazar", Xorvatiyanın "Istra 1961", Sloveniyanın "Koper", "Maribor" və "Kelje" klublarında çıxış edib. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR