"Qarabağ" "Neftçi"ni Avroliqadan kənarlaşdıran komandaya qarşı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" klubunun rəqiblərindən biri dəyişib. 
 
Sport7.az xəbər verir ki, Ağdam klubunun Özbəkistanın "Paxtakor” komandası ilə oyunu baş tutmayacaq. Buna səbəb Özbəkistan klubunun Türkiyədəki hazırlıq prosesinin ləğv olunmasıdır.

Qurban Qurbanovun baş məşqçilik etdiyi kollektiv yanvarın 16-danda "Paxtakor"un əvəzinə Macarıstan "Uypeşt"i ilə qarşılaşacaq. 

Qeyd edək ki, "Qarabağ" bu gün ilk yoxlama oyununda Rumıniyanın "Botaşani" klubu ilə qarşılaşacaq. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Ağdam təmsilçisi yanvarın 19-da Çexiyanın "Bohemians”, 23-də Polşanın "Piast” və 26-da Ukraynanın "Şaxtyor” (Donetsk) klubları ilə üz-üzə gələcək. 
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR