"Qarabağ" Avroliqanın pley-off mərhələsində - YENİLƏNDİ

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti matçını keçirib.

Sport7.az xəbər verir ki, Azərbaycan təmsilçisi 3-cü təsnifat mərhələsində Norveç klubu 'Molde" ilə üz-üzə gəlib. Kiprdəki "AEK Arena"da təşkil olunan qarşılaşmanın əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşdığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada isə "Molde" daha dəqiq olub.

"Molde" Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"la (Macarıstan) qarşılaşacaq. "Qarabağ" isə mübarizəni Avroliqanın pley-off mərhələsində davam etdirəcək.

16 sentyabr

Çempionlar Liqası
 
3-cü təsnifat mərhələsi
 
21:00. "Qarabağ" – "Molde” (Norveç) 0:0 (PENALTİLƏR SERİYASI, 5:6)

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Ovusu Kvabena, 8. Uroş Matiç, 10. Abdullah Zubir, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 77. Donald Gerye, 19. Filip Ozobiç, 11. Mahir Emreli
Ehtiyat oyunçular: 12. Emil Balayev, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev
Baş məşqçi: Qurban Qurbanov

"Molde": 1. Andeas Linde, 6. Stien Qreqersen, 11. Martin Ellingsen, 20. Henri Vinqo, 28. Kristoffer Haugen, 16. Etzaz Hussain, 17. Fredrik Aursnes, 14. Erlinq Knudtzon, 7. Maqnus Eykrem, 19. Erik Hestad, 10. Leke Ceyms
Ehtiyat oyunçular: 12. Alexandro Kraninks, 5. Şeriff Sinyan, 15. Tobias Kristensen, 22. Ola Brünhildsen, 27. Markus Pedersen, 30. Mathis Bolli, 99. Ohi Omoyjuanfo
Baş məşqçi: Erlinq Moe

Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixayloviç, Novak Simoviç (hamısı Serbiya)
Larnaka (Kipr). "AEK Arena”
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR