“Qarabağ” – “Olimpiya” oyununa HAKİM TƏYİNATI

“Qarabağ” – “Olimpiya” oyununa HAKİM TƏYİNATI
Çempionlar Liqasının birinci təsnifat mərhələsində keçiriləcək "Qarabağ” – "Olimpiya” cavab oyununa hakim təyinatı açıqlanıb.

Sport7.az xəbər verir ki, qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Erez Papir olacaq. Ona David Elias Bitton və Eliyahu Casapu köməklik edəcək. Dördüncü hakim funksiyasını David Fuxman yerinə yetirəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Olimpiya” oyunu iyulun 18-i saat 21:00-da başlayacaq.

Sport7.az

Xəbər lenti