"Qarabağ" oynadığım ən güclü komandadı” - Əl-Jadeyu

"Qarabağ” əla klubdu. Bu, karyeram ərzində oynadığım ən güclü komandadı”.
 
Sport7.az xəbər verir ki, bu sözləri "Qarabağ”ın sabiq futbolçusu Əlhərbi Əl-Jadeyu deyib.

Fransanın 3-cü liqa təmsilçisi "Qrenobl”la yenicə anlaşan mərakeşli yarımmüdafiəçi xarici mətbuata açıqlamasında Azərbaycandakı karyerasını yada salıb. O, formasını geyindiyi "Qarabağ”ın karyerası ərzində ən yaxşı komanda olduğunu bildirib.

32 yaşlı yarımmüdafiəçi Ağdam klubunun heyətində avrokuboklarda iştirak etməsini xüsusi vurğulayıb: "Azərbaycana getməklə çox şey qazandım. "Qarabağ”da oynamaq təcrübəsi mənim gözlərimi açdı. Məhz bu keçidin hesabına Çempionlar Liqasının təsnifat mərhələsində oynamaq imkanı qazandım. Daha sonra isə Avropa Liqasının qrup mərhələsində iştirak etdim. "Qarabağ”da ölkə çempionu oldum, titul qazandım. Bu, həm futbolçu, həm də insan kimi inkişafıma təkan verdi. Halbuki ora gedənə qədər ingilis dilində heç bir söz bilmirdim”.

Futbolçu 2015-16 mövsümündə "Qarabağ”ın formasını geyinib. (apasport)

Xəbər lenti